Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC)üzv ölkələr transsərhəd ticarət üçün əngəl yaradan mövcud maneələriaradan qaldırmalıdırlar.
Trend xəbər verirki, bu barədə Asiya İnkişaf Bankının (AİB) saytında dərc olunanməqalədə deyilir.
CAREC proqramı 11 ölkəni - Əfqanıstan, Azərbaycan, Çin XalqRespublikası, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan,Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı birləşdirir.
“CAREC regionunda qarşılıqlı faydalı ticarət və investisiyalarıngenişləndirilməsi üçün əhəmiyyətli dərəcədə istifadə olunmamışpotensial mövcuddur. CAREC çərçivəsində əvvəllər aparılmış vəTicarət və İnvestisiyaların Təşviqi üzrə Tərəfdaşlıq Sazişinin(CARTIF) konsepsiyasının əsasını təşkil edən üç tədqiqat bir sıradavam edən maneələri üzə çıxarıb. Bunlara malların ticarəti üzrətarif və qeyri-tarif tədbirləri, xidmətlər bazarlarınıntənzimlənməsində fərqlər, standartların və uyğunluğun təsdiqiprosedurlarının məhdud tanınması, sahibkarların və xidməttəminatçılarının hərəkətinə qoyulan məhdudiyyətlər, eləcə dətreyderlər və investorlar üçün xərcləri və qeyri-müəyyənliyiartıran müxtəlif daxili maneələr daxildir. Məhz buna görə dətariflər CARTIF-in ilkin protokollarında nəzərdə tutulmur, çünkionlar mərhələli və diferensial yanaşma tələb edir”, – nəşrdə qeydolunur.
CAREC-in Azərbaycan, Qazaxıstan və Özbəkistanda tranzitticarətin təşviqi üzrə tədqiqatlarından əldə olunan əlavəməlumatlar, həmçinin AİB-in CAREC dəhlizləri boyunca ticarətinasanlaşdırılması və nəqliyyat infrastrukturu üzrə təhlili tranzitticarəti ləngidən və regional dəhlizlər üzrə beynəlxalq daşımalarıməhdudlaşdıran hüquqi, tənzimləyici, institusional və infrastrukturmaneələrinin hələ də mövcud olduğunu vurğulayır.
“Məcmu şəkildə bu nəticələr CAREC ölkələrinin transsərhədticarət və investisiyalar üçün qalan maneələrin aradan qaldırılmasıistiqamətində səylərini gücləndirməsinin zəruriliyini göstərir.CAREC azad ticarət sazişinin müxtəlif variantlarının empirikqiymətləndirilməsi də sübut edir ki, transsərhəd ticarət vəinvestisiya şəraitinin yaxşılaşdırılması xüsusilə dənizə çıxışıolmayan ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar gətirə bilər”, –deyə məqalədə qeyd olunub.
Xatırladaq ki, 20 noyabr 2025-ci ildə CAREC-in 24-cü nazirlərkonfransında CARTIF üzrə danışıqları rəsmi olaraq işə salan BişkekBəyannaməsi qəbul edilib. Bu addım CAREC ölkələrinin ticarət vəinvestisiyalar sahəsində regional iqtisadi əməkdaşlıq vəinteqrasiyanın təşviqi istiqamətində səylərində mühüm mərhələolub.
CARTIF CAREC proqramı çərçivəsində iyirmi ildən artıqəməkdaşlığa, o cümlədən "CAREC Strategy 2030" və "CAREC IntegratedTrade Agenda 2030" sənədlərində əks olunan nailiyyətlərə, eləcə dəÜmumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılmasıüzrə Sazişi kimi beynəlxalq saziş və konvensiyaların icrasınaəsaslanır. Sazişin məqsədi transsərhəd ticarət və investisiyalarınasanlaşdırılması üçün inklüziv, şəffaf və çevik regional iqtisaditərəfdaşlıq yaratmaqdır.