AZ

Rusiya XİN: ABŞ Dövlət Departamenti ilə təmaslar aktiv şəkildə davam edir...

Rəsmi Moskva Vaşinqtonla dialoqun tam dayandırılmadığını bildirir...

Poliqon xəbər verir ki, hazırda Rusiya Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamenti arasında təmaslar kifayət qədər aktiv şəkildə davam edir. Bu barədə “Kommersant” qəzetinə Rusiya XİN-in Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov açıqlama verib.

Diplomat vurğulayıb ki, iki qurum arasında əlaqələrdə fasilə olmayıb. Onun sözlərinə görə, 2025-ci ildə nisbətən qısa zaman kəsiyində Rusiya Federasiyasının ABŞ-dəki səfiri Aleksandr Darçiyevin və ABŞ dövlət katibinin müavini Sonata Koulterin rəhbərliyi ilə aparılan dialoq nəticəsində bir sıra mühüm razılaşmalar əldə olunub. Bu razılaşmalar Rusiya və ABŞ diplomatik missiyalarının kadr təminatı və gündəlik fəaliyyət şəraitinin yaxşılaşdırılmasına imkan verib.

Aleksandr Qusarov qeyd edib ki, sonradan dialoqun tempi müəyyən qədər zəifləyib. Onun sözlərinə görə, bu, tərəflərin danışıqlarda mövcud olan “qıcıqlandırıcı məsələlər” üzrə fərqli mövqeləri ilə bağlıdır.

Bununla yanaşı, bir neçə saat əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da ABŞ Prezidenti Donald Tramp administrasiyasının əvvəlki prezident Co Bayden dövründə tətbiq edilmiş anti-Rusiya addımlarını və Rusiyaya qarşı iqtisadi təsir tədbirlərini ləğv etməyə tələsmədiyini bildirib. Lavrov qeyd edib ki, bu, əməkdaşlıq perspektivləri ilə bağlı səsləndirilən bəyanatlara baxmayaraq baş verir.

XİN rəhbəri eyni zamanda xatırladıb ki, ABŞ tərəfi iki ölkə liderlərinin Ankoricdə keçirdiyi görüşdən sonra Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. Bu isə Moskva–Vaşinqton münasibətlərində ziddiyyətli siqnalların davam etdiyini göstərir.

Poliqon.info

Seçilən
107
poliqon.info

1Mənbələr