AZ

Sabahdan musiqi müəllimlərinin attestasiyasına başlanır

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aidislahatları çərçivəsində təhsilin keyfiyyətinin, eləcə dənazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərindəçalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının ölçülməsi,ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyəuyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2026-cı ilin fevralayının 10-dan başlayaraq attestasiyanın keçirilməsi nəzərdətutulur.

Trend xəbərverir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, təhsilverənlərin attestasiyasına hazırlıq işləri2024-cü ilin noyabr ayından başlanılıb və artıq 2025-ci ildə Imərhələsi yekunlaşıb. Belə ki, Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz,Şirvan-Salyan və Mil-Muğan regionları üzrə keçirilən attestasiyada4000 yaxın müəllim iştirak etmiş və onlardan əksəriyyəti tutduğuvəzifəyə uyğun hesab edilib.

2026-cı ildə ilboyu keçiriləcək II mərhələdə 9 bölgəyə aid 57inzibati ərazilərdə fəaliyyət göstərən incəsənət müəllimlərininattestasiyası planlaşdırılır:

Mərkəzi Aran (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar,Yevlax və Zərdab rayonları), Gəncə-Daşkəsən (Gəncə və Naftalanşəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları),Lənkəran-Astara (Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı vəYardımlı rayonları), Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam,Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları), ŞərqiZəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanrayonları), Şəki-Zaqatala (Şəki, Balakən, Qax, Qəbələ, Oğuz vəZaqatala rayonları), Qazax-Tovuz (Ağstafa, Gədəbəy, Qazax, Şəmkirvə Tovuz rayonları), Dağlıq Şirvan (İsmayıllı, Ağsu, Qobustan vəŞamaxı rayonları) bölgələri və Naxçıvan MR-da (Naxçıvan şəhəri,Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərurrayonları).

Seçilən
201
17
az.trend.az

10Mənbələr