AZ

Azərbaycan İnvestisiya Holdinqi sığortaçı seçir

Azərbaycan İnvestisiya Holdinqi balansındakı 7 xidməti avtomobilin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 13 manatdır.

İddiaçılar təkliflərini martın 3-nə qədər Holdinqin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 3-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "Meqa Sığorta" ASC olub. Şirkətə 5 909 manat ödənilib.

Seçilən
49
far.az

1Mənbələr