AZ

Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydalarına dəyişiklik edilib

Bakı. Trend:

Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılmasıqaydalarına dəyişiklik edilib.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Notariathaqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrihaqqında" qanunlarda dəyişiklik edilməsi haqqında Qanunda öz əksinitapıb.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında"Qanuna uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnaməkapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr,nizamnamə kapitalındakı payın vərəsəlik qaydasında digər şəxsəkeçməsi, nizamnamə kapitalındakı payın yüklü edilməsi, təsisçisi vəqanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisiöldükdə notariat orqanı tərəfindən mirasın qorunması üçün tədbirlərçərçivəsində əmlak idarəçisinin təyin olunması ilə əlaqədarməlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsiləreal vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqana (quruma) ötürüləcək.

Həmçinin, təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydəalınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınmasıqaydalarında dəyişiklik edilib.

Belə ki, kommersiya hüquqi şəxsləri üzrə aşağıdakı məlumatlarmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən birbaşa Elektron Hökumət İnformasiya Sistemi vasitəsiləonlayn rejimdə əldə edilərək qeydiyyata alınacaq:

- nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlımüqavilələrlə əlaqədar məlumatlar;

- kapitalındakı nizamnamə payın vərəsəlik qaydasında digər şəxsəkeçməsi ilə əlaqədar məlumatlar;

- nizamnamə kapitalındakı payın yüklü edilməsi ilə əlaqədarməlumatlar;

- təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiyahüquqi şəxsin təsisçisi öldükdə notariat orqanı tərəfindən mirasınqorunması üçün tədbirlər çərçivəsində əmlak idarəçisinin təyinolunması ilə əlaqədar məlumatlar.

Sənədə əsasən, kommersiya hüquqi şəxsləri, xarici kommersiyahüquqi şəxslərin nümayəndəlik və ya filialları təqvim ili bitdikdənsonra növbəti ayın 31-dək təsis sənədlərində və qeydə alınmışfaktlarda dəyişikliyin olub-olmaması barədə forması müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən olunan hesabatı kağız və ya elektron formada müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimetməlidirlər.

Seçilən
26
13
az.trend.az

10Mənbələr