AZ

Azərbaycan və Latviya Səhiyyə nazirlikləri arasında imzalanmış Saziş təsdiq edilib

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Saziş 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanıb.

Səhiyyə Nazirliyinə Fərmanın müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Seçilən
31
7
yeniazerbaycan.com

10Mənbələr