
Türkiyədə idman şərhçisi və keçmiş futbol hakimi Erman Toroğlu ilə bağlı istintaq başlayıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, o, 8 fevral 2026-cı ildə televiziya proqramında səsləndirdiyi fikirlərlə əlaqədar Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə “yanlış məlumatı açıq şəkildə yaymaq”da ittiham olunur.
İstintaq başa çatdıqdan sonra Toroğlu məhkəmə baxışı tələbi ilə növbətçi Sülh Cəza Məhkəməsinə göndərilib.