AZ

43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

Keçən il 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Publika.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.

Qeyd edilib ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

Seçilən
26
13
publika.az

10Mənbələr