AZ

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət etdi

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyr-sabit hava ilə bağlıəhaliyə müraciət edərək onları müvafiq təhlükəsizlik qaydalarınaciddi əməl etməyə çağırır.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumatverilib.

Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmiistifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağanolduğunu nəzərə almalıdırlar.

Qeyd edilir ki, soyuq hava qaz və elektrik qızdırıcıcihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bucihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddiriayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətlidavranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsullahazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrikşəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olanqızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

"Xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havadamümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurətyarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədənməlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəsləuyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər.Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardankənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinəgeri dönmək tövsiyə olunur", - müraciətdə vurğulanıb.

Məqalədə:
Seçilən
99
az.trend.az

1Mənbələr