AZ

Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qərbi Azərbaycan icması da Fransa Senatının məlum qətnaməsini pisləyib. Bildiyiniz kimi, Əbu- Dabidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü keçirildi. Eyni zamanda hər iki liderə mükafat verildi. Həmin gün də Fransa Senatı Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş, insanlıq əleyhinə cinayətlər törətmiş, dövləti cinayətləri törətmiş, canilərlə bağlı, qətnamə qəbul etdi. Həmin adamları qondarma qurumun rəhbərləri kimi qələmə verdi, eyni zamanda “Qarabağ məsələsi”nin hələ bitmədiyini bildirdi. Burada təsadüfi bir şey yoxdur. Bu, Fransa hökumətinin, ümumiyyətlə bu məsələlərə yanaşmasıdır. Qərəzli yanaşmasıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, Fransa uzun müddətdir ki, ermənipərəst siyasət həyata keçirir, həmçinin Fransa əlində olan bütün imkanlardan istifadə edərək, Ermənistana kömək edir və hərbi-iqtisadi dəstək verir.

Elşad Musayev

“Bütün bunlara baxmayaraq, Ermənistanla bərabər Fransa da Azərbaycan tərəfindən ağır məğlubiyyətlə üzləşdi. Çünki onların apardığı bu siyasət özünü doğrultmadı. Fransa tərəfindən, onun liderləri tərəfindən müəyyən qədər fərqli ritorikalarla rastlaşa bilərik. Amma bu da o demək deyil ki, Fransa dövlətinin apardığı siyasət dəyişəcək. Onlar elə ermənipərəst olaraq da qalacaqlar. Avropa İttifaqına daxil olan ölkələr və Avropa Parlamentinin, eləcə də İranın ermənipərəst mövqeyini dəfələrlə görmüşük. Vəziyyət heç də dəyişməyib. Ona görə də bundan çox rəncidə olmağa dəyməz”-deyən deputat bildirib ki, senatın qəbul etdiyi qətnamə Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
bizimyol.info

1Mənbələr