AZ

Barış Manço Bakıda unudulmaz anım gecəsi ilə xatırlanacaq

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı Yunus Əmrə İnstitutu tərəfindən, 13 fevral 2026-cı il tarixində saat 19.00-da Beynəlxaq Muğam Mərkəzində musiqisi ilə nəsilləri birləşdirən, sözləri ilə sevgi, barış və insanlıq dəyərlərini həm Türkiyəyə, həm də dünyaya çatdıran unudulmaz mədəniyyət elçisi Barış Mançonun xatirəsinə həsr olunmuş anım proqramı təşkil ediləcəkdir.

Bakı Yunus Əmrə İnstitutundan Sherg.az-a verilən məlumata görə, mədəniyyət və sənət dünyasının ortaq yaddaşında dərin iz buraxmış Barış Mançonun çoxşaxəli sənət irsini və universal dəyərlərini yaşatmağı hədəfləyən bu mənalı tədbirdə rəsmi çıxışlar da olacaq.

• Türkiyə Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri – prof. Birol Akgün

• Azərbaycanın əməkdar jurnalisti – prof. Etibar Babayev

• Bakı Yunus Əmrə İnstitutunun koordinatoru – Gökhan Seyhan

Tədbir daha sonra konsert proqramı ilə davam edəcək:

• Azərbaycan Milli Konservatoriyasının tələbələrinin musiqi ifaları

• Xanəndə Habil Məmmədov və tələbələri tərəfindən Barış Manço mahnılarının ifası

• Rəqs nömrələri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
sherg.az

1Mənbələr