AZ

Köməyə çağırdığı adama qarşı soyğunçuluq edən şəxs saxlanıldı VİDEO

Paytaxt Bakının Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaitini və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, V. Əzimov dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib. Daha sonra zərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb. Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bakıda yeniyetmələrə qarşı soyğunçuluq edən şəxs saxlanılıb VİDEO
Seçilən
20
14
news365.az

10Mənbələr