AZ

Millimiz gürcülərə ikinci oyunda da uduzdu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş gürcülərin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.

saytlarin hazirlanmasi

Seçilən
36
1
sportal.az

10Mənbələr