AZ

Jurnalistlər Azərişıq dan yazdı: Bu, nəyin borcudur? ASC camaata kələk gəlir?

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yanvar ayı üçün istifadə etdiyimiz elektrik enerjisinin borcu hələ hesablanmayıb. Amma giriş edəndə, hesabımızda 2 manat borc olduğu görünür".

Mia.az xəbər verir ki, bunu Axar.az saytınnbaş redaktoru Anar Niftəliyev sosial media səhifəsində yazıb.

O, bu borcun necə yarandığını sorğulayıb: "Bu, nəyin borcudur? Yanvar ayının abunəsimi? Axı, aylıq abunə 1 manat olmalıdır təzə qanunla? Fevral ayı ilə birgədirmi? Onda belə çıxır ki, "abunə" ayın əvvəlində alınır? Bu borc niyə istifadə etdiyimiz aylıq elektrik enerjisinin pulu ilə birgə gəlmir? Bu suallara cavab versəydi Azərişıq ASC, bilərdik bizi yenə aldadırlar, ya yox?".

Maraqlı burasıdır ki, baqa bir jurnalist Fərqanə Allahverdiqızı statusa belə şərh yazıb: "Məndə də 2 manat göstərir. Yanvarda ödəmişəm".

Buaradan isə Mia.az-ın sualı ortaya çıxır: "Azərişıq" camaata kələk gəlir?

Hüseyn Namazov

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
mia.az

1Mənbələr