AZ

Milyonlarla xərçəng hadisəsinin arxasındakı təəccüblü həqiqət

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tibb dünyasından xərçənglə mübarizədə həm ümidverici, həm də düşündürücü xəbərlər gəlir. Aparılan genişmiqyaslı araşdırma göstərir ki, dünya üzrə xərçəng hadisələrinin üçdə birindən çoxu əslində sadə həyat tərzi dəyişiklikləri ilə qarşısı alına bilər.

Qaynarinfo xəbər verir ki, təxminən 200 ölkədə 19 milyon hadisənin təhlil olunduğu və "Nature Medicine" jurnalında dərc olunan bu araşdırma, müasir insanın vərdişlərinin sağlamlığa heyrətamiz şəkildə ortaya qoyur. 2022-ci il məlumatlarına əsaslanan nəticələr göstərir ki, 7,1 milyon diaqnoz qoyulmuş hadisənin arxasında dəyişdirilə bilən risk faktorları dayanır.

Uzun illər aparılan maarifləndirmə işləri sayəsində tütün istifadəsi dünya üzrə azalmağa başlamış olsa da, siqaret hələ də xərçəngin bir nömrəli səbəbidir. Hər altı xərçəng hadisəsindən biri tütündən qaynaqlanır və bu, xüsusilə kişilər arasında qarşısı alına bilən ən böyük risk kimi ön plana çıxır.

Qadınlarda isə vəziyyət bir qədər fərqlidir; burada infeksiyalar siyahının başındadır. Cinsi yolla yoluxan HPV-dən hepatitə qədər bir çox infeksiya növü hər on hadisədən birinin əsas səbəbini təşkil edir. Xüsusilə uşaqlıq boynu və mədə xərçəngi kimi növlərin peyvənd və gigiyena tədbirləri ilə böyük ölçüdə qarşısı alına biləcəyi faktı erkən tədbirin nə qədər həyati olduğunu bir daha təsdiqləyir.

Texnologiyanın inkişafı sayəsində xərçəngdən sağ qalma nisbəti tarixdə ən yüksək səviyyəyə çatıb. Bu gün diaqnoz qoyulan hər 10 xəstədən 7-si beş ildən sonra həyatına davam edə bilir. Lakin bu ümidverici tablo ilə yanaşı, narahatlıq doğuran bir tendensiya da mövcuddur: bəzi xərçəng növləri, xüsusilə 50 yaş altındakı gənc əhali arasında sürətlə yayılır. Ekspertlər, gənclərdə müşahidə olunan kolon və döş xərçəngi artımını, yüksək emal olunmuş qidalar, alkoqol istifadəsi, hərəkətsizlik və ətraf mühit çirkliliyinə bağlayır. Xüsusilə döş xərçəngi hadisələrində artım sürətinin 70 yaşlı qadınlara nisbətən iki dəfə yüksək olması diqqət çəkən riskdir.

Araşdırmaya görə, coğrafiya da risk faktorlarının paylanmasına birbaşa təsir edir. Məsələn, Şərqi Asiyada kişilərdə xərçəng hadisələrinin yarısından çoxu həyat tərzi ilə bağlıdır, Şimali Amerika və Avropada isə siqaret hələ də əsas faktor olaraq qalır. Qadınlarda isə qidalanma və əzələ fəaliyyəti ilə bağlı amillər, eləcə də qısamüddətli südvermə, yüksək bədən kütlə indeksi və hərəkətsizlik döş xərçəngi riskini artırır. Hava çirkliliyi və iş yerlərində kimyəvi maddələrə məruz qalmaq kimi nəzarət olunması daha çətin faktorlar da siyahının ön sıralarında yer alır.

Bu məlumatlar göstərir ki, xərçəng yalnız "qədər” deyil, fərdi seçimlər və ictimai sağlamlıq siyasətləri ilə gedişat dəyişdirilə bilər. Ekspertlər vurğulayır ki, yalnız siqareti tərgitmək, balanslı qidalanmaq və infeksiyalara qarşı qoruyucu tədbirlər görmək belə milyonlarla insanın həyatını xilas edə bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
qaynarinfo.az

1Mənbələr