AZ

İrandan ABŞ-yə sərt mesaj: “İnanmırıq”

İranın xarici işlər naziri Abbas Əraqçi "12 günlük müharibə" zamanı ABŞ tərəfindən vurulan nüvə obyektlərində hələ də partlamamış bombaların olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Xəbər Agentliyinin (YJC) məlumatına görə, Əraqçi məsələ ilə bağlı açıqlamalar verib.

Əraqçi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossidən ABŞ tərəfindən hədəf alınan nüvə obyektlərini ziyarət etmək üçün xüsusi bir qanun və ya protokolun olub-olmadığını soruşduğunu, Qrossinin isə "Xeyr, bu məsələnin bənzəri yoxdur" deyə cavab verdiyini qeyd edib:

"Mən ona bildirdim ki, ziyarətlərdən əvvəl mütləq bir protokol olmalıdır. Çünki burada təhlükəsizlik məsələləri söz mövzusudur. Partlamamış bombalar var və üzərində razılığa gəlməli olduğumuz məsələlər mövcuddur. Bu mövzularda razılıq əldə edildikdən sonra yoxlamalar aparılmalıdır. Bu çərçivədə agentliklə təmas halındayıq".

Digər tərəfdən, Əraqçi Tehrandakı "Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi"ndə keçirilən "İran Xarici Siyasəti və Xarici Əlaqələr Tarixi Milli Konqresi"ndəki çıxışında ABŞ-yə etibar etmədiklərini vurğulayaraq, danışıqların nəticəsinin qeyri-müəyyən olduğunu deyib:

"Hər şeyi sınadılar, lakin uğur qazana bilmədilər. İndi yenidən danışıqlar masasına qayıdıblar. Bunun (danışıqların haraya varacağı) hələ bəlli deyil. Onlara (ABŞ-yə) inanmırıq. Hiylə işlətmə ehtimalları var. İrandakı bütün qurumlar bu hadisələrdən asılı olmayaraq öz vəzifələrini yerinə yetirməlidirlər".

Uranın zənginləşdirilməsində "sıfır zənginləşdirmə" prinsipini qəbul etməyəcəklərini deyən Əraqçi: 

"İranın nüvə proqramının məqsədləri ilə bağlı hər hansı bir narahatlıq varsa, diplomatiya yolu ilə cavab verməyə, şəffaflığı təmin etməyə və etimad qurmağa hazırıq.Lakin yalnız başqalarının istəyi ilə "sıfır zənginləşdirmə"nin dayatılması qəbulolunmazdır", - deyə əlavə edib.

İranlı nazir uranın zənginləşdirilməsinin İranın qanuni haqqı olduğunu və bu mövzudakı israrın yalnız texniki və ya iqtisadi səbəblərə dayanmadığını qeyd edib.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr