Vəkillər Kollegiyasının üzvü Orxan Həsənovun ölüm səbəbi məlum olub.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, O.Həsənovun bu gün səhər saatlarında halı qəfil pisləşib. O, ürək çatışmazlığından evində vəfat edib.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü O.Həsənov vəkillik fəaliyyətinə 2025-ci ildən başlamışdı.
***
Vəkillər Kollegiyasının üzvü Orxan Həsənov vəfat edib.
Redaktor.az e-huquq.az-a istinadən xəbər verir ki, 39 yaşlı vəkil bu gün səhər saatlarında qəflətən dünyasını dəyişib.
Onun vəkillik fəaliyyətinə 2025-ci ildə başladığı bildirilir.