AZ

İngiltərə nəhəngləri 150 milyonluq ulduzu hədəfə aldılar

“Bayern”də çıxış edən vinger Maykl Olise karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat verib.

Onun sözlərinə görə, fransalı futbolçunu yay transfer pəncərəsində “Çelsi” və “Mançester Siti” transfer etmək istəyir. Hər iki klub Olise uğrunda mübarizə aparmağa hazırdır. “Bayern” isə 150 milyon avroluq təklif qarşılığında ulduz futbolçusunu satmağa hazırdır.

Olise ilə Almaniya klubunun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə 24 yaşlı vinger Bundesliqada 21 oyuna çıxıb, 10 qol vurub və 16 məhsuldar ötürmə edib.

Seçilən
44
publika.az

1Mənbələr