AZ

ST James Park da Qarabağ azarkeşlərinə 2466 yer ayrılıb

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçını stadiondan izləmək və Ağdam təmsilçisi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışa çıxarılıb.

"Köhlən atlar"ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, biletlərin qiyməti 115 manat təşkil edir.

Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə etmək lazımdır. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlər üçün "ST James' Park"da 2466 yer ayrılıb.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-də, Bakı vaxtı ilə 23:59-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
2
baku.ws

3Mənbələr