Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
1-ci Liqanın lideri "Şəfa" 14-cü turda çempionluq uğrunda mübarizə aparan "Səbail"in qonağı olacaq. "Şəfa"nın 33 yaşlı baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Maraqli və gərgin oyun olacaq. Rəqib də çempionluga iddialidır. Təbii ki, bizə qalib gələrək aramızdakı xal fərqini azaltmağa çalışacaqlar. Oyunun ciddiyətini başa düsürük. Biz isə liderliyimizi qorumaga calışacağıq. Məqsədimiz qələbə qazanaraq xal fərqini artırmaqdır. Komandada ab-hava çox yaxsıdır. "Səbail"lə oyuna psixoloji cəhətdən tam hazırıq".
"Səbail" - "Şəfa" qarşılaşması fevralın 12-də keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.
Kərəmlinin komandası 31 xalla turnir cədvəlinin 1-ci pilləsində mövqe tutubsa, "dənizçilər" 25 xalla 3-cü sırada qərarlaşıblar.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.