AZ

Rusiyada qətlə yetirilən general-mayorun qatilləri tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) general-mayor Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı açıqlama yayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, cümə günü Moskva şəhərində general-mayor Vladimir Alekseyevə qarşı törədilməyə cəhd edilən sui-qəsdin Ukrayna kəşfiyyatının təlimatları ilə həyata keçirildiyini iddia edib. 

Rus vətəndaşları Lyubomir Korba, Viktor Vasin və Zinayida Serebritskayanın sui-qəsd cəhdində iştirak etdiyi bildirilən açıqlamada bunlar qeyd olunub:

"Əlində saxlanılanlardan Korba və Vasin cinayətlərini etiraf edərək Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təlimatları əsasında həyata keçirilən sui-qəsd cəhdinin hazırlıq prosesi barədə məlumat verdilər. SBU-nun təlimatları ilə Korba, kriptovalyuta qarşılığında Moskva bölgəsində yüksək rütbəli hərbi şəxsləri izləyib. Korba 2025-ci ildə Ukrayna kəşfiyyatına işə başlayıb və Kişinev və Tiflis vasitəsilə Moskvaya gəlib".

Açıqlamada şübhəli Viktor Vasinin isə Korbaya sui-qəsd hazırlığı zamanı kömək etdiyi iddia edilib.

Seçilən
22
manset.az

1Mənbələr