ain.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycanda fevralın 10-11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.
Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
*** 13:04
Fevralın 10-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.