AZ

Tarixin 9 fevralı...

Tarixin bu günündə 9 fevraldayıq.

Hit.az bildirir ki, bu tarix də mühüm hadisələr, doğumlar və vəfatlarla yadda qalıb.

9 fevral dünyaya göz açmış görkəmli şəxsiyyətlər və həyatla vidalaşmış dəyərli insanlarla yadda qalan günlərdən biridir. Yəni keçmişin bu günü bizə həm tarixi xatırladır, həm də zamanın dəyərini bir daha anlamağa imkan yaradır. Elə isə 9 tarixin 9 fevralında yaşananları xatırlayaq...

9 fevralda nələr baş verib?

1995-ci ildə Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik əlaqələr qurulub. 2004-cü ildə Hirkan Milli Parkı yaradılıb. 2018-ci ildə XXIII Qış Olimpiya Oyunları Pxençxanda keçirilib. 2020-ci ildə isə Azərbaycanda parlament seçkiləri keçirilib.

9 fevralda dünyaya gələnlər:

Azərbaycanda 1909-cu ildə xanəndə Cahan Talışinskaya, 1937-ci ildə kinorejissor Ramiz Əsgərov, 1946-cı ildə aktyor, əməkdar artist Əsgər Məmmədoğlu, 1986-ci ildə sabiq futbolçu Kamran Ağayev dünyaya gəlib. 

Dünyada isə 1441-ci ildə Özbəkistan şairi Əlişir Nəvai, 1783-cü ildə rus şair Vasili Jukovski, 1915-ci ildə rus aktyor Boris Andreyev, 1964-cü ildə sabiq ispan futbolçu və baş məşqçi Ernesto Valverde, 1981-ci ildə ingilis aktyor Tom Hiddlston və 1993-cü ildə yapon futbolçu Vataru Endo doğulub. 

9 fevralda vəfat edənlər:

1881-ci ildə rus yazıçı Fyodor Dostoyevski, 1931-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi Məmmədhəsən Hacınski, 1938-ci ildə Sovet dövlət xadimi Qəzənfər Musabəyov, 1984-cü ildə Sovet dövlət xadimi Yuri Andropov, 2012-ci ildə ingilis filosof Con Hik, 2018-ci ildə şair Sərraf Qasım, 2019-cu ildə şair Fərhad İbrahimi, 2020-ci ildə isə animoator Rauf Dadaşov vəfat edib.

Pərviz


 

Seçilən
44
hit.az

1Mənbələr