Bakı. Trend:
Fevralın 10-11-də ölkə ərazisində hava şəraitinin qeyri-sabitkeçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdəşimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötəngünlərlə müqayisədə 5-8 dərəcə enəcəyi gözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətininxəbərdarlığında qeyd edilib.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 10-dahavanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyigözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalolunur. Fevralın 11-də şimal-qərb küləyi mülayimləşsə də,fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.
Azərbaycanın rayonlarında da fevralın 10-11-də havanın bəziyerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.
Fevralın 10-12-də bəzi dağlıq və dağətəyi rayonlarda yollar buzbağlayacaq.