AZ

Rosaviasiya ABŞ ilə hava əlaqəsini bərpa etməyə hazır olduğunu bildirib

Rusiya ABŞ ilə birbaşa hava əlaqəsini bərpa etməyə hazırdır.

Bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəhbəri Dmitri Yadrov "Rossiya-24" televiziya kanalına verdiyi müsahibədə bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, Rusiya və ABŞ arasında birbaşa uçuşların bərpası, Rusiya aviadaşıyıcılarına qarşı bir sıra məhdudiyyətlərin aradan qaldırılması şərtilə mümkündür.

"ABŞ-a gəldikdə isə, ilk növbədə, bu məsələyə elə yanaşmalıyıq ki, uçuş məhdudiyyətləri qoymayaq. ABŞ-dakı həmkarlarımız Rusiya aviaşirkətlərinə məhdudiyyətlər qoyduqdan sonra qarşılıqlı tədbir gördük. Hava əlaqəsini bərpa edərkən, əlbəttə ki, ilk növbədə bu məhdudiyyətlərin aradan qaldırılmasını, ora gələn təyyarələrimizin saxlanılmayacağını və bütün təyyarələrə texniki xidmətin göstəriləcəyini rəhbər tutmalıyıq", - deyə o bildirib.

Seçilən
31
herbiand.az

1Mənbələr