AZ

Rusiyanın gecə hücumlarında dörd nəfər ölüb

Son 24 saat ərzində Ukraynanın Donetsk, Xerson, Çerniqov və Xarkov vilayətlərində və digər bölgələrdə Rusiya hücumları nəticəsində dörd nəfər həlak olub, təxminən 30 nəfər yaralanıb.

Herbiand.az xəbər verir ki, bu barədə bazar ertəsi günü Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qalan bölgələrin regional hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, 9 fevral gecəsi Rusiya ordusu Ukraynaya 11 ballistik raket və 149 hücum dronları ilə hücum edib. Hərbçilərin məlumatına görə, onlar 15 yerdə raket zərbələri və 23 dronla zərbə qeydə alıblar.

Seçilən
55
herbiand.az

1Mənbələr