AZ

NATO orduları indiki reallıqları inkar edərək ötən əsrin müharibələrinə hazırlaşır

NATO orduları, xüsusən də ABŞ, hərbi təlimlər zamanı ötən əsrə xas olan üslubda müharibəyə hazırlaşmağa davam edir və əsasən Rusiya-Ukrayna münaqişəsinin texnoloji reallıqlarını inkar edir. Bunun bariz nümunəsi 29 yanvar - 4 fevral tarixlərində Rumıniya və Amerika tank heyətləri arasında keçirilən birgə təlimdir.

Herbiand.az bildirir ki, bu barədə Defense Romania nəşri məlumat yayıb.

Rumıniya və Amerika hərbçiləri bölmə səviyyəsində birgə taktiki təlimlər keçiriblər. Rumıniya tərəfi TR-85M1 Bizonul tanklarından (Sovet T-55-in uzaq qohumu), Amerika tərəfi isə M1A2 SEPv2 Abrams tanklarından istifadə edib.

Ukraynanın Defense Express hərbi analitik portalı diqqət çəkib ki, təlimlər tank heyətlərini müasir müharibəyə hazırlamağa çox da kömək etmir. Xüsusilə, tanklarda heç bir anti-dron müdafiəsi yoxdur və bunsuz müasir döyüş meydanında heç nə etmək mümkün deyil.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
38
herbiand.az

1Mənbələr