AZ

Baş verən hadisədə tapılan məktub 

Sosial mediada in*tihar şəkili yayılmış Natiq Şamilov 1997 ci il təvəllüdlü olub, əslən Sumqayıtdandır. O, MAHHXHQ əsgəri olub, hərbi hissədə sürücü işləyib.

Sosial mediada onun intihar səbəbləri ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, əldə etdiyimiz faktlar məsələnin mahiyyəti barədə daha dəqiq təsəvvür yaranmasına əsas ola bilər.

Məlumata görə, N. Şamilovun xidmət yerində hər hansı problemi olmayıb, bir müddət əvvəl də sürücü kimi başqa yerə ezam olunub.
Lakin, onun uzun müddətdir qumar oyunları oynadığı və külli-miqdarda borc yığdığı barədə məlumat var.
Mənbəmizin məlumatına görə, nişanlı olan Natiq kənarda yaşlı bir qadınla yaşayıb, onunla yaxın münasibətdə olub. Bir müddət əvvəl isə onun nişanı geri qaytarılıb. 2-3 ay əvvəl anası Natiqin cibindən in*tihar edəcəyi barədə məktub tapıb.
Əlavə o da bildirilib ki, N. Şamilov əvvəllər 3 nəfəri bıçaqlayıb, lakin onun buna görə cəza çəkib-çəkmədiyi barədə məlumat yoxdur.
Əlbəttə, Natiq Şamilovun intihar səbəbini aidiyyəti orqanlar müəyyənləşdirəcək. Lakin, indidən demək olar ki, bu təəssüf doğurucu hadisənin ailə-məişət zəmnində baş verdiyi aydın görünür.
Seçilən
54
1
yenilik.az

2Mənbələr