AZ

Sosial şəbəkələr üzərindən saxta lotereya təşkil edib pul toplamaq inzibati xəta deyil

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hər bir vətəndaş bilməlidir ki, sosial şəbəkələr üzərindən saxta lotereya təşkil edib pul toplamaq və sonradan həmin vəsaiti mənimsəmək nə mülki mübahisə, nə də inzibati xəta deyil”.Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, bu, əvvəlcədən planlaşdırılmış, aldatma yolu ilə özgə əmlakını ələ keçirməyə yönəlmiş cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tam şəkildə tövsif olunur:“Əlavə hallardan asılı olaraq qanunsuz sahibkarlıq və qanunsuz lotereya fəaliyyəti də bu əmələ hüquqi qiymət verilməsində nəzərə alınır. Bu tip sxemlər müasir dövrün “rəqəmsal dələduzluğu” olmaqla, klassik dələduzluğun internet mühitinə uyğunlaşdırılmış formasıdır və tam cinayət məsuliyyəti yaradır”.Əli İbrahimov qeyd edib ki, praktiki baxımdan belə hallarda zərərçəkmiş şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:“Bank köçürmələrinin qəbzləri, yazışmaların skrinşotları, elanların şəkilləri və linkləri təqdim olunmalıdır. Çünki elektron izlər bu tip cinayətlərin açılmasında əsas sübut bazasını təşkil edir. Əksər hallarda bu şəxslər bank kartları, mobil nömrələr və sosial media hesabları vasitəsilə asanlıqla müəyyən edilə bilir”.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
newscenter.az

2Mənbələr