AZ

Bələdiyyələrin maliyyə müstəqilliyinin gücləndirilməsi vacibdir - Komitə sədri

Bakı. Trend:

2025-ci ildə həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrinfəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanıkimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyəvəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

Trend xəbərverir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədriSiyavuş Novruzov komitənin bugünkü iclasında bələdiyyələrinfəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlıƏdliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsizamanı deyib.

Komitə sədri vurğulayıb ki, bələdiyyələrin fəaliyyətinin müasirdövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali iləmünasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və yadigər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruritədbirlər görmək çox vacibdir.

Millət vəkili əlavə edib ki, yerli özünüidarəetmənin dahasəmərəli və funksional institut kimi formalaşdırılması məqsədiləbir sıra təkliflərin irəli sürülməsi məqsədəuyğun hesab edilir.

“Belə ki, bələdiyyələrin maliyyə müstəqilliyiningücləndirilməsi, onların gəlir mənbələrinin genişləndirilməsi vəmaliyyə intizamının artırılması istiqamətində əlavə mexanizmlərintətbiqi vacibdir.

Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları üçün davamlıpeşəkar hazırlıq və ixtisasartırma proqramlarınıngenişləndirilməsi, rəqəmsal idarəetmə alətlərinin tətbiqinindərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın artırılması mühüməhəmiyyət kəsb edir.

Eyni zamanda, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasındasəlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi, ictimaiiştirakçılığın və vətəndaş nəzarətinin gücləndirilməsi yerli əhaliilə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Buistiqamətdə ardıcıl və sistemli tədbirlərin davam etdirilməsibələdiyyələrin nüfuzunun artırılmasına və yerli özünüidarəetməninreal inkişafına mühüm töhfə verəcək”, - deyə S.Novruzov fikrinitamamlayıb.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr