AZ

Siyavuş Novruzov: Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün dəqiq tənzimlənməsi önəmlidir

Bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi önəmlidir.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin bugünkü iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2025-ci il ərzində həyata keçirilən tədbirlər ölkədə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

Komitə sədrinin fikrincə, bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək çox vacibdir.

Seçilən
41
2
far.az

3Mənbələr