NATO ölkələrinin Arktika bölgəsində artan hərbi fəaliyyəti Arktikanın potensial silahlı qarşıdurma zonasına çevrilməsinə səbəb ola bilər.
Herbiand.az bildirir ki, Rusiyanın Belçikadakı səfiri Denis Qonçar belə ssenarini istisna etməyib.
O qeyd edib ki, bütün bunlar olduqca təhlükəlidir və Baltik bölgəsi ilə birlikdə Arktikanı sülh və əməkdaşlıq məkanından potensial hərbi münaqişə meydanına çevirə bilər: “Bu da bizi ciddi narahat etməyə bilməz. Aydındır ki, Rusiyanın Arktikadakı fundamental maraqlarını görməməzlikdən gəlmək üçün edilən hər hansı bir cəhd cavabsız qalmayacaq”.
Qonçar vurğulayıb ki, Moskva xüsusilə Qrenlandiya ilə bağlı blokdaxili fikir ayrılıqlarının guya “Rusiya və Çin təhdidi” məsələsini qızışdırmaq üçün bir vasitə kimi istifadə edilməsindən narahatdır: “Bu, NATO-nun hərbi mövcudluğunu artırmaq və Arktikanı daha da militarlaşdırmaq üçün əlverişli bir əsaslandırma rolunu oynayır. NATO, xüsusən də ixtisaslaşmış Arktika Şurası daxilində gərginliyi azaltmaq üçün yollar axtarmaq əvəzinə, kontingent və missiyaların yerləşdirilməsinə, təlim-hazırlıq fəaliyyətlərinin intensivləşdirilməsinə çağırış etməklə vəziyyəti daha da gərginləşdirir”.
Bəxtiyar CƏFƏRLİ