AZ

Maariv: “Ankara HƏMAS-ı Fələstin prosesinə qoşur”

AzVision.az xəbər verir ki, belə məlumat yayan İsrailin “Maariv” nəşrinin iddiasına görə, bu addımlar Fələstin ərazilərinin gələcək təşkilində HƏMAS-ın hər hansı siyasi rolunu qəti şəkildə rədd edən İsrailin rəsmi mövqeyinə zidd olaraq atılır.

“Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, qurumun rəhbəri Hakan Fidan və onun müavini yanvarın 25-26-da Ankarada HƏMAS rəhbərliyi ilə görüşüb. Bu danışıqlar daha geniş təşəbbüsün bir hissəsi idi və Ankaranın 7 oktyabr hadisələrindən sonra da HƏMAS-a siyasi tərəfdaş kimi baxmağa davam etdiyini göstərdi”,- qəzet yazır.

Fevralın 6-da Türkiyənin Qüdsdəki konsulluğu Fələstin Muxtariyyəti və “Fəth” təşkilatının nümayəndələri ilə bir sıra görüşlər keçirib.

- Görüşdə formal olaraq “Fələstindaxili barışıq” və “növbəti siyasi mərhələ” müzakirə edilib. Lakin israilli analitiklərin fikrincə, Türkiyənin “HƏMAS”ilə eyni vaxtda təmasları və Fələstin Muxtariyyətinə təzyiqləri bu təşkilatı Qəzzada gələcək hakimiyyət sisteminə inteqrasiya etmək cəhdindən xəbər verir”,- nəşr vurğulayır.

İsrail həm də Türkiyənin Qüdsdəki konsulluğunun artan siyasi rolundan narahatdır ki, bu da ekspertlərin fikrincə, ənənəvi diplomatiyadan kənara çıxır və Ankaranın şəhərdə təsir alətinə çevrilir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
43
1
azvision.az

2Mənbələr