AZ

Bələdiyyələrin yoxlanılması prosesi 33% artıb - Hesabat

2025-ci ildə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi nəticəsində  fəaliyyəti yoxlanılan bələdiyyələrin sayı əvvəlki illə müqayisədə 33% artıb.

Bu, bələdiyyələrin fəaliyyətinə dair 2025-ci il üzrə illik məruzədə bildirilib.


Məruzəyə əsasən, bələdiyyələrin birləşdirilməsi nəticəsində ölkə üzrə bələdiyyələrin sayı 57% azalsa da, inzibati nəzarət tədbirlərinin effektivliyi yüksəlib.

Nəticədə aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilən materialların sayı 22%, məhkəməyə göndərilmiş inzibati xətalar haqqında protokolların təmin olunma səviyyəsi isə 11% artıb.


Eyni zamanda, 2024-cü illə müqayisədə dəyişdirilməsi və ya ləğvi təklif edilən aktların sayı 36% azalıb, “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsilə aktların elektron qaydada təqdim edilməsinin imkanlarının yaradılması sayəsində inzibati xətalar üzrə məhkəməyə göndərilən protokolların sayı 51% azalıb.


Hesabatda qeyd olunub ki, bu göstəricilər bələdiyyələrin fəaliyyətində qanunçuluğun və şəffaflığın artdığını, inzibati nəzarətin keyfiyyət baxımından müsbət dəyişikliklərə səbəb olduğunu təsdiqləyir.

Gülnar Nazimqızı 

Seçilən
27
anews.az

1Mənbələr