AZ

Temperatur 8 dərəcə enəcək – Gözlənilən qarlı hava nə vaxtadək davam edəcək?

Fevralın 10-u və 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara və qara keçəcəyi gözlənilir.

Bunu NOCOMMENT.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

“10-da gün ərzində ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Güclü şimal-qərb küləyi fevral ayının 11-də tədricən mülayimləşəcək. Bölgələrdə də 10-u və 11-də hava şəraiti arabir yağıntılı olacaq, qar yağacaq.

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimal olunur. Qərb küləyi arabir güclənəcək”, – G.Məmmədova qeyd edib.

Onun sözlərinə görə, havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Sara

Seçilən
23
nocomment.az

1Mənbələr