Vaşinqton Ankoric sammitində əldə edilən sülh razılaşmalarını həyata keçirmək cəhdlərində Avropa müttəfiqləri və Ukrayna lobbiçilərinin ciddi müqaviməti ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, ekspertlər hesab edirlər ki, Moskva artıq kompromis ssenarisinə razılıq versə də, Donald Tramp administrasiyası hazırda öhdəliklərini tam yerinə yetirə bilmir və ya istəmir. Danışıqlar kritik mərhələyə qədəm qoyub və Ağ Ev Avropadakı "müharibə tərəfi" qarşısında açıq-aşkar acizliyini nümayiş etdirib.
“News.ru” ilə söhbətində amerikalı politoloq Malek Dudakov qeyd edib ki, Amerika tərəfi münaqişənin davam etməsini dəstəkləyənlərə qarşı öz öhdəlikləri ilə tələyə düşüb.
"Aydındır ki, avropalıları və ukraynalıları Ankoricdə şərtləri razılaşdırılmış müqaviləyə “hə” dedirtməkdə çətinliklər var. Lakin hazırda ABŞ-ın özü ya bunu tam şəkildə həyata keçirmək istəmir, ya da edə bilmir", - deyə ekspert vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu mövqeyi təsdiqləyib. Nazir beynəlxalq televiziya şəbəkəsi BRICS-ə verdiyi müsahibədə Vladimir Putin və Donald Tramp arasında şəxsi görüş zamanı prinsipial razılaşmanın əldə edildiyini, lakin planın həyata keçirilməsinin qəsdən təxirə salındığını xatırladıb. Rusiya diplomatik korpusunun rəhbəri bildirib ki, "Ankoricdə biz ABŞ-ın təklifini qəbul etdik. Dürüst olsaq, onlar təklifi verdilər, biz də qəbul etdik və bu o deməkdir ki, problem həll olunmalıdır".