Bakı, 9 fevral, AZƏRTAC
Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 4132 müraciətdən 3618-nə (87 faiz) baxılıb.
AZƏRTAC xəbər verir ki, bu rəqəm Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 9-da keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin illik məruzəsində öz əksini tapıb.
Qeyd edilib ki, qanunvericiliyə zidd 53 bələdiyyə aktının hamısı ləğv edilib. 310 müraciət növbəti ilə qalıq keçib (8 faiz). Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif edilmiş 1698 aktdan 697-si ləğv edilib, 950-si dəyişdirilib, 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 44 təklif isə növbəti ilə qalıq keçib.