AZ

Azərbaycanda 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Vətəndaş şikayətləri əsasında bələdiyyələrin yol verdiyi nöqsanlar açıqlanıb.

Missiya.Az-ın Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə istinadən veridiyi məlumata görə, Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir.

Məruzədə qeyd olunub ki, region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənar istifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarə müddəti bitmiş torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsi kimi nöqsanlara yol verilir.

Qeyd edilib ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

Seçilən
42
1
missiya.az

2Mənbələr