Türkiyədən toyuq məhsullarının ixracı sabahdan etibarən dayandırılacaq.
Bəs bu ölkədən Azərbaycana quş əti gətirilirmi. Əgər gətirilirsə, ixrac qərarı ölkəmizdə toyuq məhsullarının qiymətlərinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, son dörd ildə ümumiyyətlə Türkiyədən Azərbaycana toyuq əti ixrac olunmur:
.jpg)
"Bu səbəbdən də qiymətlərə təsir edəcək hər hansı əlavə amil mövcud deyil və bazarda qiymət dəyişiklikləri bu faktorla əlaqələndirilə bilməz. Bu halın müsbət tərəfi ondan ibarətdir ki, yerli istehsalın daha sürətlə inkişaf etməsi üçün əlavə imkanlar yaranır. Biz hesab edirik ki, yerli istehsal bütün tələbatı əhatə etməlidir və daxili bazarın əsas təminatçısı məhz yerli istehsalçılar olmalıdır. Başqa sözlə, Türkiyədən toyuq ətinin idxal olunmaması səbəbindən qiymətlərə xarici təsir yoxdur və bu amil bazarda qiymət artımına səbəb olmayacaq. Mövcud şərait yerli istehsalçıların mövqeyini gücləndirir və daxili istehsalın davamlı inkişafına şərait yaradır".
Nuriyyə NATİQQIZI