AZ

2025-ci ildə bələdiyyə aktlarının 97%-dən çoxu qanunvericiliyə uyğun hesab edilib

2025-ci ildə Azərbaycanda bələdiyyələrin fəaliyyəti üzərində aparılan inzibati nəzarət çərçivəsində 81 711 bələdiyyə aktı baxışdan keçirilib, onlardan 79 448-i və ya 97,2%-i qanunvericiliyə uyğun hesab olunub.

Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2025-ci il üzrə)" əksini tapıb.


Məruzəyə görə, inzibati nəzarət nəticəsində 697 akt ləğv edilib, 950 akt dəyişdirilib, 7 akt üzrə təminat verilməyib, 44 aktla bağlı isə qərar növbəti iclaslara saxlanılıb.


Bələdiyyələrin fəaliyyəti ilə bağlı 2024–2025-ci illərdə daxil olmuş müraciətlərin sayı azalıb.

2025-ci ildə daxil olan 4 132 müraciətin 3 618-nə (87%) əsaslandırılmış cavab verilib, 204 müraciət (5%) aidiyyəti üzrə göndərilib, 310 müraciət (8%) isə növbəti ilə saxlanılıb.


İnzibati nəzarət tədbirləri nəticəsində aşkar edilən pozuntular əsasında bələdiyyələrə verilən təkliflərə uyğun olaraq 53 bələdiyyə aktı tam ləğv edilib.


Hesabatda qeyd olunub ki, ölkədə bələdiyyələrin birləşdirilməsi nəticəsində ümumi say 57% azalsa da, 2024–2025-ci illər üzrə daxil olan müraciətlərin ümumi dinamikasında kəskin azalma qeydə alınmayıb, bəzi hallarda isə artım müşahidə olunub.

Gülnar Nazimqızı 

Seçilən
27
anews.az

1Mənbələr