AZ

Amerikanın İranla ticarət quran dövlətlərə qarşı 25%-lik tarif tətbiqi Azərbaycana NECƏ TƏSİR EDƏCƏK? - Deputatdan AÇIQLAMA

“Amerika İranla ticarət edən dövlətlərə qarşı sanksiya deyil, 25%-lik tariflər tətbiq edəcəyini bəyan edib. Burda daha çox strateji məhsullarla ticarətdən söhbət gedəcək. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsində əhəmiyyətli hissə Amerikandan idxaldır. Azərbaycanın ABŞ-yə ixracatının həcmi isə böyük deyil. Buna görə qarşılıqlı tariflər belə ABŞ ilə ticarət dövriyyəmizə neqativ təsir göstərmir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, hətta Amerika tərəfindən İranla ticarət quran dövlətlərə qarşı 25%-lik vergi tətbiq olunacağı halda bu, Azərbaycanla Amerikanın ticarət dövriyyəsinə xüsusi təsir göstərməyəcək: “Nəzərə alsaq ki, İranla ticarət quran ölkələrin sayı kifayət qədər çoxdur. Bu kontekstdə daha çox strateji, xüsusən, enerji məhsulları üzrə ticarət əlaqələrindən söhbət gedir. Dünya Bankının məlumatına görə, İran, təxminən, 147 ölkə ilə ticarət əlaqəsinə malikdir. Çin, Türkiyə, Pakistan, Hindistan ticarət dövriyyəsində əhəmiyyətli paya malik ölkələrdir. Hətta idxalda Almaniya, Braziliya kimi ölkələr də var. Nəticə olaraq, tariflər tətbiq olunacağı halda, Azərbaycanla ABŞ-nin ticarət dövriyyəsinə hər hansı neqativ təsir göstərməyəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Fevral 2026, 14:05   
Seçilən
32
pravda.az

1Mənbələr