AZ

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib.

KONKRET.az bakupost.az-a istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, bu gün dəfn edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusifov MAXE kimi orduda xidmət edib. O, Vətən müharibəsinin ilk günündə Talış-Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Seçilən
22
7
konkret.az

10Mənbələr