AZ

2025-ci ilin yekunları üzrə bələdiyyələrin büdcə gəlirlərinə dair proqnozlar açıqlandı

Bakı. Trend:

Ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədətəxminən 7.9 milyon manat artaraq(14,4 %) ilk dəfə 63 milyonmanata yaxın vəsait təşkil edib.

Trend-inməlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlıƏdliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksinitapıb.

Bildirilib ki, bələdiyyələrin vahid informasiya sistemindən əldəolunan məlumatlara əsasən, 2025-ci ilin yekunları üzrə bugöstəricinin 60 milyon manat həddini keçməsiproqnozlaşdırılır.

Vurğulanıb ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcədaxilolmalarında müsbət nəticələrə nail olunub və 2024-cü illəmüqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən26 % (7,2 milyon manat) çoxvəsait daxil olub.

Əlavə edilib ki, statistik rəqəmlər baxımından ümumigəlirlərində kəskin artım Turan, DaşSalahlı, Samux,Yardımlı, Müşfiqabadbələdiyyələrində müşahidə olunub. Daxilolmalardakı artımınməbləğinin yüksəkliyi baxımından isə Sumqayıt(841 min manatdan çox), Yasamal(574 min manatdan çox), Nərimanov(533 min manatdan çox), Nəsimi(481 min manatdan çox) və Masallı(423 min manatdan çox) bələdiyyələrinifərqləndirmək mümkündür.

Seçilən
69
2
az.trend.az

8Mənbələr