AZ

Xalq artistinin küçədə döyülən oğlunun son durumu açıqlandı

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyevin son durumu açıqlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzindən bildirilib.

Bildirilib ki, 1981-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər - Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil veriliblər.

Seçilən
25
1
far.az

2Mənbələr