AZ

FTB: Epşteyn insan alveri şəbəkəsinə rəhbərlik ETMƏYİB

FTB  Epşteynin maliyyə sənədlərində cinayət əlaqəsi aşkarlamayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi materiallara istinadən “Associated Press” agentliyi məlumat yayıb.

FTB tərəfindən aparılan araşdırmalar nəticəsində məşhur maliyyəçi Ceffri Epşteynin nüfuzlu şəxslərə xidmət göstərən geniş insan alveri şəbəkəsinə rəhbərlik etməsinə dair çox az sübut aşkar edilib.

Lakin buna baxmayaraq, müstəntiqlər Epşteynin azyaşlı qızlara qarşı seksual zorakılıq törətməsi və onları zorlaması ilə bağlı kifayət qədər ciddi sübutlar əldə ediblər.

Prokurorun 2025-ci ilə aid qeydlərində bildirilir ki, Epşteynin Nyu-York, Florida və Virciniya adalarındakı evlərindən müsadirə olunan video və fotolarda qurbanların təsvirləri və ya digər şəxslərin bu cinayətlərdə iştirakını göstərən hər hansı detal tapılmayıb.

Həmçinin, maliyyə sənədlərinin və müxtəlif qurumlara edilən ödənişlərin yoxlanılması zamanı cinayətkar fəaliyyətlə bağlı hər hansı birbaşa izə rast gəlinməyib.

İstintaq materiallarına görə, zərərçəkmişlərdən birinin “Epşteyn məni varlı dostlarına borc verirdi” şəklindəki kütləvi iddiası agentlər tərəfindən təsdiqini tapmayıb və analoji hekayəni danışan digər bir qurban aşkar edilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
interpress.az

1Mənbələr