AZ

Avropa bizdən niyə qaçır? - “Biz elə bilirik əjdahadırlar”

Çempionlar Liqasında oynayan Azərbaycan futbolçularına Avropanın normal klublarından real təkliflərin gəlməməsi yenidən müzakirə mövzusuna çevrilib. "Qarabağ"ın oyunçuları - Bəhlul Mustafazadənin Çin, Nəriman Axundzadənin isə Amerika klubuna transferinin gündəmə gəlməsi məsələni aktuallaşdırıb. Bunun təkcə meydandakı oyunla yox, menecment, stereotiplər və yanlış karyera seçimləri ilə bağlı olduğunu vurğulanır.

Ölkə.Az-ın məlumatına görə, bu barədə idman jurnalisti Səbuhi Musa bildirib ki, Bəhlul Mustafazadənin Çinə getməyindənsə, “Qarabağ”da qalması yaxşıdır.

Onun fikrincə “Nyukasl”la oyundan sonra Avropadan daha ciddi təkliflərin gələ biləcəyi mümkündür: "Amma niyə indiyədək belə klubların adını eşitmirik? Məsələn, Nəriman Axundzadəyə ABŞ klubundan təklif gəlib. Bunu başa düşmək olar. Nəriman son yaxşı oyununu 2 il əvvəl “Braqa”ya qarşı keçirib. Qoy, aparsınlar. Bəs Bəhlula, Elvin Cəfərquliyevə niyə normal Avropa klubundan təklif gəlmir? “Qarabağ” bir də nə vaxt Liqa mərhələsində belə uğurlu çıxış edəcək? Söhbət tək yerli futbolçulardan getmir, legionerlərdən də gedir. Juninyo karyerasının ən pik vaxtında qürub çağı yaşayan braziliyalılar kimi vətəninə gedib, orada öz üzərindən xətt çəkdi. Ramil Şeydayev ən yaxşı vaxtında Tailanda getdi, sonda da olanlar bəllidir. Olsun Anton Krıvotsyuk. İstedadlıdır, ancaq Polşa klubunu Cənubi Koreyaya dəyişdi və gözdən, könüldən iraq bir yerdə vaxtını keçirir".

553757

Jurnalistin sözlərinə görə, ölkə xaricinə gedən oyunçular xarakterə sahib olmalıdır ki, 6 aydan sonra geri qayıtmasınlar: "Məsələn, Bəhlulda bu var və əminəm ki, Çində də özünü göstərəcəkdi. Ancaq niyə Çin? Futbolumuzun zəlil günündə olduğu vaxtlarda Araz Abdullayevə “Everton”dan, Ruslan Abışova “Rubin”dən, Vaqif Cavadova “Tvente”dən təklif gəlirdi, Mahir Şükürov, Rəşad Sadıqov, Rail Məlikov, Saşa Yunisoğıu Türkiyədə oynayırdılar. “Sportinq”lə uzun müddətli müqavilə bağlayan Budaq Nəsirovumuz vardı. Bəs niyə indi heç bir Avropa klubu futbolçularımıza yaxın durmur? Bəlkə, Avropada artıq azərbaycanlı futbolçuların xarakteri – valideyn həsrəti, qidalanmaya xüsusi yanaşması, çayxanada oturmaq həvəsi və s. barədə məlumatlar var. Bax, bu stereotipi dağıtmaq üçün yaxşı menecerə ehtiyacımız var".

O həmçinin vurğulayıb ki, B.Musatafazadə Çinin əvəzinə Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı çempionatına getsə, daha məqbul olardı:"Çünki bu dəqiqə oranın özü xüsusi Avropa liqasıdır".

553758

Digər idman jurnalisti Xanoglan İmanov isə qeyd edib ki, problemin kökündə uğursuz qərarlarlar dayanır və bununla yerli futbolçuların sayı azalır: "Bizim dünənimizdə Nazim Süleymanov, Vəli Qasımov, Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov, Samir Əliyev, Fərrux İsmayılov kimi oyunçular olub. Demək ki, normal iş qurulsa, düzgün qərarlar olsa yaxşı oyunçular da çıxacaq".

"Avropada olan skautlar yaxşı görürük ki, "Qarabağ"da sistem oyunçuları oynadır".

O, transferlərin mental məsələ ilə əlaqədar olmadığını düşünür.

"Qaldı ki, niyə Avropadan gəlmir? Biz elə bilirik ki, Elvin, Bəhlul əjdahadır. Əslində, o əjdahadan Avropada yüzlərlə var. Avropada olan skautlar yaxşı görürük ki, "Qarabağ"da sistem oyunçuları oynadır. Əksi olsaydı, Kadi, Juninyo, Reynaldo buradan gedib uğursuzluq yaşamazdı. Kadinin bacarmadığını Elvin, yoxsa Bəhlul bacaracaq? Məsələ mental da deyil. Biz bələkdən problemləri düzgün həll etməliyik", - deyə o vurğulayıb.

Miri
Ölkə.Az

Seçilən
35
1
olke.az

2Mənbələr