AZ

Bu gün Misli Premyer Liqasında daha 2 oyun var

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 19-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək. 

Əvvəlcə “İmişli” Qubada “Kəpəz”i qəbul edəcək. Hazırda İmişli təmsilçisi 18 xalla 9-cu, Gəncə klubu isə 12 xalla 11-ci pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki görüşü “Kəpəz”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Günün digər matçında isə “Turan Tovuz” Suraxanıda “Karvan-Yevlax”ı sınağa çəkəcək. Hazırda Tovuz klubu 30 xalla 4-cü, Yevlax təmsilçisi isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki mübarizəsindən “Turan Tovuz” qalib ayrılıb - 2:1. 

9 fevral

14:30. "İmişli" - "Kəpəz"
Hakimlər:
Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu

18:30. "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər:
Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
"Azersun Arena"

10 fevral

14:30. "Şamaxı" - "Qarabağ"

19:00. "Neftçi" - "Qəbələ"

8 fevral

"Sabah" - "Araz-Naxçıvan" - 4:1

"Sumqayıt" - "Zirə" - 2:3

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Velko Şimiç (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 7 qol

Karim Rossi ("Şamaxı") - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Seçilən
35
teleqraf.com

1Mənbələr