AZ

Politico: Ukraynanın müdafiə naziri hava hücumundan müdafiə sistemləri üçün Brüsselə gedəcək

Bakı, 9 fevral, AZƏRTAC

Ukraynanın müdafiə naziri Mixaylo Fyodorov Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında iştirak etmək üçün çərşənbə günü Brüsselə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, nazir iclas zamanı Kiyev üçün əlavə hava hücumundan müdafiə sistemləri, o cümlədən “Patriot” və NASAMS kompleksləri ilə bağlı müraciət edəcək. Görüşdə, həmçinin müdafiə sahəsində innovasiyalar üzrə əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Qeyd edək ki, çərşənbə günü Brüsseldə Avropa İttifaqına üzv dövlətlərin müdafiə nazirlərinin görüşü keçiriləcək.

Seçilən
17
1
azertag.az

2Mənbələr