ain.az bildirir, Axsham.az portalına istinadən.
Xalq artisti Aygün Kazımovanın "Best of Aygun - All stars" adlı səs-küylü layihəsinin ikinci hissəsi hazırlanır.
Axşam.az xəbər verir ki, martda təqdim edilməsi planlaşdırılan albomda yer alacaq bəzi müğənnilərin adları artıq məlumdur.
Bu dəfə layihəyə qatılan daha 3 ifaçının adı açıqlanıb: Xalq artisti Röya Ayxan, Əməkdar artist Manana Çaparidze və müğənni Samir Bağırov. Onların Pop kraliçanın repertuarından hansı mahnını seçəcəyi hələ ki, gizli saxlanılıb. İfaçılar bunun üçün maraqlı ideya hazırlayırlar.
Qeyd edək ki, albomun ikinci hissəsində müğənnilər Aysel Teymurzadə, İradə İbrahimova, Elçin Cəfərov, İlqarə Kazımova, Mehin Hümbətova, Günel Zeynalova, Tunar Rəhmanoğlu, Nuran, Səmra Rəhimli və hələ adları açıqlanmayan ifaçılar olacaq. Ümumilikdə albomda 40 sənətçinin yer alması planlaşdırılır.
"Best of Aygun - All stars" albomunun ilk buraxılışında 32 ifaçı yer almışdı.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.