Düşmən tərəfinin nümayəndələrinin iddialarına baxmayaraq, Rusiya ordusunda tanklar tükənməyəcək.
Herbiand.az xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının silah klasterinin sənaye direktoru və mexanika mühəndisləri ittifaqının büro üzvü Bekhan Ozdoyev bildirib.
Onun sözlərinə görə, xüsusi hərbi əməliyyat zonasında müasir və geniş şəkildə modernləşdirilmiş zirehli texnikaların sayı durmadan artır. Bura, xüsusən Rusiya ordusuna daim daxil olan T-90M “Prorıv”, T-72B3M və T-80BVM tankları daxildir: ““Uralvaqonzavod” müdafiə konserni tank istehsalını əhəmiyyətli dərəcədə artırıb. Texnikalar daim təkmilləşdirilir, dəyişikliklər isə döyüş təcrübəsinə əsasən aparılır.
Xüsusi diqqət atəş gücünün artırılması və nəqliyyat vasitələrinin mühafizəsinin yaxşılaşdırılmasına yetirilir. Bundan əlavə, zədələnmiş texnikanın təxliyəsi və bərpası üçün effektiv sistem yaradılıb. Bu da tankların tez bir zamanda cəbhə xəttinə qaytarılmasına imkan verir.
“Buna görə də düşməni məyus etməliyəm: bizim tanklarımız tükənməyəcək”, - “Rostex” nümayəndəsi deyib.
Bəxtiyar CƏFƏRLİ